Bakıda dünya kubokunda bizdən kimlər güləşəcək?

Yunan-Roma güləşi üzrə millimiz 5-6 noyabrda Bakı idman sarayında keçiriləcək dünya kubokuna hazırlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat üçün açıq məşq olub. Yarışda ölkəmizi təmsil edəcək heyəti açıqlanıb və bahadırlara tövsiyələr çatdırılıb.

Dünya kubokunda ölkəmizi baş məşqçi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 – kq), Murad Məmmədov, Nihat Məmmədli (60 kq), Taleh Məmmədov, Ziya Babaşov (63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Qurban Qurbanov (77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (87 kq), Arif Niftullayev, Zamir Məhəmmədov (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish