Dünyanın ən güclü haydayveri Mostar körpüsündən suyatullanmada öz məharətlərini göstəriblər

Bosniya və Hersoqovinanın cənubunda yerləşən Mostarda “Red Bul”un təşkilatçılığı ilə suyatullanma üzrə dünya çempionatının növbəti mərhələsi keçirilib.

Allsport.az saytı xəbər verir ki, şəhər körpüsü üzərində kişilər üçün 27 metr, qadınlar üçün isə 21 metr hündürlüyü olan 2 platforma quraşdırılıb.

Ən güclü haydayverlər YUNESKO-nun dünya irsi siyahısına daxil edilən və şəhərin rəmzi sayılan Mostar körpüsündən Neretva çayına atlanıblar.

Beynəlxalq dərəcəli hakimlərin qiymətləndirməsi ilə keçirilən yarışda 1-ci yeri qadınlarda avstraliyalı Rhiannan İffland, kişilərdə rumıniyalı Konstantin Popoviçi tutub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish