- Baxış sayı: 37
- 23 Yanvar 2025 23:53
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
İspaniya La Liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Madrid “Atletiko”su ilə qarşılaşıb. Əvvəlki üç oyununda 2 qələbə qazanıb, 1 heç-heçə etmiş futbolçumuzun komandası bu dəfə ilk məğlubiyyətinə üzülüb – 0:2.
İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Qeyd edək ki, “Eybar” hazırda 7 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.