- Baxış sayı: 22
- 17 İyun 2025 20:58
- Baxış sayı: 83
- İyun 17, 2025
- 0
Minifutbol üzrə dünya çempionatına həsr olunan “Əfsanələr kuboku” mayın 19-da Milli gimnastika arenasında baş tutub. Allsport.az xəbər verir ki, Azərbaycan minifutbol federasiyasının təşkilatçılığı ilə keçirilən oyunda ölkə futbolunun əfsanələri iştirak ediblər.
“Neftçi 2000-lər” komandasına Ağasəlim Mircavadov rəhbərlik edib. Komandanın heyətində Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev və Mahmud Qurbanov yer alıblar.
“Premyer liqa məşqçiləri” komandasına Qurban Berdıyev başçılıq edib. Heyətdə Qurban Qurbanov, Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Əfran İsmayılov, Yunis Hüseynov, Azər Bağırov, Samir Abbasov, Fərhad Vəliyev və Elmar Baxşıyev iştirak ediblər.
Heç-heçə (1:1) başa çatan oyunun penalti seriyasında “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəlib.
Bakıda minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək.