• Ça. İyl 5th, 2022

Elbrus Rzayev: “Heyət Türkiyə toplanışından sonra dəqiqləşəcək”

Apr 1, 2022

Gənc boksçulardan ibarət millimiz qitə birinciliyinə hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Elbrus Rzayev heyəti bu toplanışdan sonra amüəyyənləşdirəcək:

“Məşqlərimiz yüksək səviyyədə keçib. 50-dək boksçu arasında seçim etmişik. Avropa birinciliyində tam heyətlə – 13 boksçu ilə təmsil olunacağıq. Lakin bəzi çəki dərəcələrində yekun qərarı hələlik verməmişik.

Boksçuların adları Türkiyə toplanışından sonra dəqiqləşəcək. Ərzurumda gündə 2, bəzi günlərdə 1 dəfə məşq edəcəyik. Orada əsas diqqət fərdi hazırlığa yönələcək.

Həmçinin sınaq döyüşləri də keçirib, bir daha taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. Hədəfimiz Avropa birinciliyində uğurlu çıxış və inamlı qələbələrdir”.

AllEscortAllEscort