• Ça. İyl 5th, 2022

Elçin Əliyev Avropa triatlon federasiyasının toplantısında. Türkiyə və Azərbaycan birgə yarış keçirəcək

Mar 14, 2022

İspaniyanın La Nusiya şəhərində Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinin konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ATF-in prezidenti Elçin Əliyev iştirak edib.

Tədbirdə Avropa triatlon ittifaqının prezidenti Renato Bertrandi və onun komandası yaxın və uzunmüddətli planları, qarşıdan gələn yarışların təqvimi və iş strategiyası barədə hesabat verib. Milli federasiyaların rəhbərləri triatlonun inkişafı, populyarlığının və kütləviliyinin artırılması yollarını müzakirə ediblər. Tədbirdə müvafiq qurumlar arasında sıx əməkdaşlığın, birgə tədbirlərin və yarışların keçirilməsinin zəruriliyi qeyd olunub, virtual idman məsələlərinə də xüsusi diqqət yetirilib.

Sonra mövsümün təqvimi açıqlanıb. Qeyd edilib ki, triatlonun da yer aldığı yay idman növləri üzrə Avropa çempionatı avqustun 12-14-də Münxendə təşkil olunacaq. Bununla yanaşı, sentyabrın 17-24-də Bilbaoda triatlonun bütün növləri üzrə qitə çempionatının keçiriləcəyi vurğulanıb.

Elçin Əliyev bir sıra federasiyaların rəhbərləri ilə danışıqlar aparıb. Qurum rəhbəri, o cümlədən Türkiyə triatlon federasiyasının prezidenti Bülənd Çəndik ilə görüşüb. Görüşdə sıx əməkdaşlığın və birgə yarışların keçirilməsi barədə razılıq əldə olunub.

AllEscortAllEscort