Elçin Əsədov ardıcıl 6-cı dəfə ölkə çempionu olub

Şose velosipedinin fərdi və qrup ötüşməsi üzrə elit və U-23 kateqoriyalılar arasında Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 40-dək qoşaçarxçının çıxış etdiyi rəqabətdə Qala qəsəbəsində 24 kilometr məsafəyə fərdi ötüşmə yarışında yığmanın öncülü Elçin Əsədov hamını qabaqlayıb.

Ukraynanın “Lvov” kontinental klubunun üzvü 28 dəqiqə 16 saniyə nəticə göstərib. O, fərdi ötüşmə yarışında ardıcıl 6-cı dəfə ölkə çempionu olub. Belarusun “Minsk” kontinental komandasında çıxış edən Samir Cəbrayılov və Dünya Velosiped Mərkəzində təlim keçən Musa Mikayılzadə isə müvafiq olaraq 29 dəqiqə 58 saniyə və 31 dəqiqə göstərici ilə sonrakı 2 yerdə qərarlaşıblar.

Xızı rayonunda təşkil edilən qrup ötüşməsində də ilk üçlük dəyişməyib. 162 kilometrlik məsafəni 4 saat 30 dəqiqə 15 saniyəyə qət edən Elçin Əsədov ən yaxın izləyicisi Samir Cəbrayılovu 16 saniyə qabaqlayıb. Musa Mikayılzadə finiş xəttini üçüncü keçib.

Həmin kateqoriyadan