Elçin Əsədov “Türkiyə turu”nda çıxış edir

Şose velosipedi üzrə millinin üzvü Elçin Əsədov Türkiyənin “Sakarya” qitələrarası klubunun heyətində nüfuzlu “Türkiyə turu”nda çıxış edir. Allsport.az saytı xəbər verir ki, beynəlxalq velosipedçilər ittifaqının 2 kateqoriyalı yarışında 6 dünya turu, 12 peşəkar kontinental və 7 kontinental olmaqla 25 kollektiv mübarizə aparır.

Qarşıya qoyulan tapşırığa əsasən komanda liderinin uğur qazanması üçün çalışan Elçin Əsədov 8 mərhələdən ibarət veloturun 146 km-lik 4-cü mərhələsi zamanı aralıq sürət sprintində 2-ci nəticə göstərməklə 3 xal da əldə edib və hazırda ən yaxşı sprinterlər siyahısında 28-ci yerdə qərarlaşır.

Yeri gəlmişkən, bu mərhələdə “Sakarya BB Pro Team” klubunun türliyəli üzvü Mustafa Sayar Elçin Əsədov da daxil olmaqla, digər komanda yoldaşlarının dəstəyi ilə finiş xəttini 12-ci yerdə keçib və hazırda ümumi təsnifatda 9-cu yerdə qərarlaşır. “Tour of Turkey”əyə aprelin 17-də yekun vurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish