Eldəniz Əzizli 2-qat dünya çempionudur! Yunan-Roma güləşçisi zirvəni xal vermədən fəth etdi

Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə “klassiklər”də 4 çəkidə mükafatçılar bilinib.

55 kq-da Eldəniz Əzizli 1/8 finalda italiyalı Covanni Freniyə 8:0 qalib gəlib. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya aman verməyib – 10:0. O, sonra amerikalı Maks Nourini 9:0 üstələyib və 4-illik fasilədən sonra finala yüksəlib.

Həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia da azərbaycanlı bahadırın önündə aciz qalıb – 0:8. Eldəniz onu son Avropa çempionatının finalında da məğlub etmişdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish