Eldəniz Əzizli ulduzlarla birgə

Dünya güləş birliyi fevralın 1-dən 5-dək Zaqrebdə keçiriləcək ilin ilk reytinq turnirinə üç ulduz seçib.

Allsport.az xəbər verir ki, UWW sərbəst güləşdən olimpiya çempionu Həsən Yazdanini (İran), qadın güləşindən olimpiada çempionu Yui Susakini (Yaponiya), yunan-Roma güləşindən isə Azərbaycan yığmasının liderlərindən biri, iki-qat dünya və Avropa çempionu Eldəniz Əzizlini turnirin ulduz siması kimi fərqləndirib.

Turnirdə Azərbaycanın 31 güləşçisinin iştirakı gözlənilir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish