Eldəniz Əzizlidən tarixi nəticə və rekord! Mükafatlandırmada dünya güləş birliyinin prezidenti iştirak etdi

Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatında yunan-Roma üsulu ilə çıxış edən Eldəniz Əzizli (55 kq) Azərbaycan idman tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, o, 2-ci dəfə baş mükafata yiyələnməklə, olimpiya çempionu Fərid Mansurovun uğurunu təkrarlayıb. AGF-in icraiyyə komitəsinin üzvü 2007-ci ildə Bakıda, 2009-cu ildə Danimarkanın Herninq şəhərində dünya çempionu olub.

Ünlü bahadırdan fərqli, Eldəniz fəxri kürsünün zirvəsinə xal vermədən çıxıb. Üstəlik, bütün görüşləri vaxtından öncə bitirib: 1/8 finalda italiyalı Covanni Freniyə 8:0, 1/4 finalda yaponiyalı Şiotani Yuya 10:0, yarımfinalda ABŞ-lı Maks Nourini 9:0 və finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 8:0 qalib gəlib.

Sözü gedən növdə 8 xallıq fərq yarandıqda, görüş dərhal dayandırılır və üstün tərəf qalib elan olunur.
55 kq-da mükafatlandırmada dünya güləş birliyinin prezidenti Nenad Laloviç də özü iştirak edib.

Bu yarışda rekord göstərici hələ də Məhyəddin Allahverdiyevə məxsusdur. O, “klassik” güləşdə 3 dəfə qızıl medal qazanıb (1985, 1986, 1987).

AzerbaijaniEnglishRussianTurkish