- Baxış sayı: 38
- 07 Noyabr 2024 14:05
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Albaniyanın paytaxtı Tiranada böyüklər arasında dünya çempionatına start verilib. Allsport.az xəbər verir ki, rəqabətə öncə yunan-Roma güləşçiləri başlayıb.
Eldəniz Əzizli (55 kq) dünya çempionatına albaniyalı Bayram Sina üzərində inamlı qələbəylə start verib – 8:0. Millinin kapitanı 1/4 finalda çinli Haifenq Janqa heç bir şans tanımayıb – 9:0. Dünya çempionumuz yarımfinalda rumıniyalı Denis Mihayı vaxtından əvvəl xalçadan məyus yola salıb – 9:0. Eldəniz finalda iranlı Poya Marzla qarşılaşıb. Rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn Əzizli ardıcıl 3-cü dəfə dünya çempionu olub. Ümumilikdə dünya çempionatında titullarının sayını 4-ə çatdıran Eldəniz Azərbaycan güləş tarixində yeni rekord müəyyənləşdirib.
Nihat Məmmədli (63 kq) ilk mərhələdə amerikalı İldar Hafizova vaxtından əvvəl qalib gəlib – 10:0. Gənc güləşçimiz 1/8 finalda bolqarıstanlı Abu Muslim Amayevi “tuş”la üstələyib. Məmmədli daha sonra belaruslu Qleb Makarankaya gücünü göstərib – 5:0. Nihat yarımfinalda isə ermənistanlı Karen Aslanyan üzərində inamlı qələbəylə (6:1) adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinə də şans tanımayaraq (6:1) ilk dəfə dünya çempionu olub.
Mübarizəyə 1/8 finaldan qoşulan Ülvü Qənizadə (72 kq) gürcüstanlı Otar Abuladzedən güclü olub – 5:1. Həmyerlimiz növbəti mərhələdə xorvatiyalı Dominik Etlingerə vaxtından əvvəl qalib gəlib – 9:0. Qənizadə yarımfinalda çinli Ji Lenqi xalçadan məyus yola salıb – 6:0. Ülvü finalda fransalı İbrahim Qanemə 3:2 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında dünya çempionu olub.
Qurban Qurbanov (82 kq) debütdə albaniyalı Kevin Kupini mübarizədən kənarlaşdırıb – 9:0. Milli üzvü 1/8 finalda macarıstanlı Erik Silvassiyə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Qurbanov özbəkistanlı Jalqasbay Berdimuratova qalib gəlib – 5:0. Qurban bürünc medal uğrunda qarşılaşmada türkiyəli Əhməd Yılmazla bacarmayıb – 1:8.