- Baxış sayı: 17
- 16 Yanvar 2026 21:58
- Baxış sayı: 48
- Yanvar 20, 2026
- 0

18 dekabrda atçılıq federasiyasının təşkilatçılığı ilə Binə atçılıq mərkəzində 12-ci Prezident kuboku uğrunda çövkən yarışlarının ikinci oyun günü çərçivəsində qrup mərhələsinin növbəti qarşılaşmaları keçirildi.
Allsport.az xəbər verir ki, saat 15:00-da start götürən günün ilk oyununda “Elit” çövkən komandası “Embavud” komandası ilə qarşılaşdı. Oyun boyunca üstün oyun nümayiş etdirən “Elit” komandası rəqibi üzərində 4:0 hesablı inamlı qələbə qazandı.
Saat 16:00-da keçirilən günün ikinci qarşılaşmasında isə “Sərhədçi” və “Zəfər” çövkən komandaları üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən oyunda “Sərhədçi” komandası 4:1 hesabı ilə qalib gəldi.
12-ci Prezident kuboku uğrunda çövkən yarışları çərçivəsində növbəti oyunlar 20 dekabrda keçiriləcək.