- Baxış sayı: 39
- 14 Mart 2025 22:51
- Baxış sayı: 43
- Mart 14, 2025
- 0
“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında son yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev fikirlərini klubun saytına açıqlayıb:
“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Hər futbolçu fürsət qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Günü-gündən komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.