FOTO
Elnur Əşrəfoğlunun məzarı ziyarət edilib

Tanınmış idman jurnalisti və şərhçi Elnur Əşrəfoğlunun vəfatından 40 gün ötür.

Allsport.az xəbər verir ki, bu münasibətlə, gənclər və idman nazirliyinin , milli olimpiya komitəsinin və Azərbaycan idman jurnalistləri federasiyasının nümayəndələri mərhumun məzarını ziyarət ediblər. Onun məzarı önünə AGİN, MOK və AİJF adından əklillər qoyulub.

İdman ictimaiyyəti və idman mediası nümayəndələri həmkarımzın jurnalistikanın və teleşərhçiliyin inkişafındakı xidmətləri, özünəməxsus rolu barədə danışaraq, mərhum jurnalist haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, onun xatirəsi yaddaşlarda daim yaşayacaq.

Bu yaxınlarda Tiflisdə beynəlxalq media turnirində Azərbaycan jurnalistlərinin “Səni heç zaman unutmayacağıq!” pankartı xatirə kimi E.Əşrəfoğlunun qardaşı Rəşad Şükürova təqdim edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish