Elxan Məmmədov: “Qiyməti məni işə götürənlər verir”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, federasiya rəsmisi “2007-ci ildən bəri olan fəaliyyətinizi özünüz 10 ballıq sistem üzrə neçə olaraq qiymətləndirərsiz” sualını belə cavablandırıb:

“Məktəbdə bir məllimim vardı. O da soruşurdu ki, özünüzü necə qiymətləndirərsiz. Təbii ki, sonda jurnala qiyməti müəllim yazır. Adam özünə qiymət verməz. Mənə qiyməti icraiyyə komitəsinin üzvləri verir. Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli, nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər”.

Həmin kateqoriyadan