- Baxış sayı: 25
- 17 İyun 2025 20:58
- Baxış sayı: 90
- İyun 17, 2025
- 0
İspaniya Sequndasından La Liqaya yüksəlmək uğrunda yarımfinalın cavab pley-off oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun oynadığı “Kordoba” səfərdə “Jirona” ilə qarşılaşıb.
Matç 3:1 hesabı ilə ev sahibinin xeyrunə bitib. “Xəlifələr” ilk oyunda 2:1 qalib gəldiyindən, La Liqaya vəsiqə qazana bilməyib. AFFA baş katibi Elxan Məmmədovun millimizə gətirdiyi futbolçu bu görüşdə iştirak etməyib. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.