Emanuel Apeh “Sabah”ın tarixinə düşüb

Allsport.az saytı xəbər verir ki, o, Bakı klubunun heyətində het-trik edən ilk futbolçu olub. 2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək 1-ci divizion, Azərbaycan kuboku və premyer liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Hücumçu ölkə kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub. Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır.

Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi 1-ci divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish