- Baxış sayı: 40
- 13 Yanvar 2025 11:20
- Baxış sayı: 409
- Yanvar 15, 2025
- 0
AFFA-nın oyun əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Allsport.az xəbər verir ki, o, gənclər liqasının çempionlar yolunun III mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq. Trabzon şəhərində yerləşən Şənol Günəş idman kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.
“Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amin Kurqeli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.