- Baxış sayı: 45
- 29 Sentyabr 2023 14:50
- Baxış sayı: 70
- Sentyabr 29, 2023
- 0
İsveç çempionatında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Gefle” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emin bu dəfə də start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Kalmar” hazırda 30 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.