- Baxış sayı: 61
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 80
- Aprel 25, 2025
- 0
Antalyada keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyində şpaqa oğlanlar və sablya qızların komanda yarışında qaliblər müəyyənləşib.
Allsport.az xəbər verir ki, Vahab Fətullayev, Oruc Misirzadə, Emin Səfərbəyov və Səid Əliyevdən ibarət şpaqa üzrə milli ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Norveç yığmasına 34:45 hesabı ilə uduzub.
Valentina Zeynalova, Leyla Əhmədova, Zərifə Hüseynova və Fərəh Abasovadan ibarət sablya üzrə komanda isə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İtaliya seçmə kollektivinə 13:45 hesabı ilə məğlub olub. 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniya yığmasına 35:45 hesabı ilə uduzan yığma son görüşündə Bolqarıstan komandasına 31:45 hesabı ilə məğlub olub.