- Baxış sayı: 41
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
Azərbaycan premyer liqasının XXV turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:0) sonra ev sahibi komandanın baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis oyun barədə bunu deyib: Oyunlarda çoxlu qol epizodları yaradırıq. Amma istifadə edə bilmirik. Bugünkü görüşdə də eyni hal baş verdi. Vəziyyətlərdən maksimum yararlanmaqda çətinlik ilə üzləşdik. Epizodları dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası geniş olan rəqibə qarşı oynadıq. Kubok matçlarında yenildiyimizdən uşaqları çempionat oyununa yaxşı motivasiya edə bildik. Futbolda epizodlar qol da ola bilər, olmaya da. Görüşün sonunda qol şanslarını dəyərləndirə bilsəydik, bizim üçün daha rahat olardı. Çünki oyunun sonlarında ajiotaj yaranmışdı. Ən əsası azarkeşlərə minnətdaram. Bakıda qarlı havada “Neftçi”yə uduzmağımıza baxmayaraq stadiona gəlib bizi dəstəklədilər. Fanatların hər dəstəyi bizə motivasiya verir. Azarkeşlər olmasa bu qələbələr olmaz”.