Eriksenin müqaviləsi yenilənməyəcək

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen mövsümün sonunda klubu tərk edəcək.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” danimarkalı futbolçunun yayda bitəcək müqaviləsini yeniləməyi planlaşdırmır.

Eriksen 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsüm ərzində 27 oyunda iştirak edib, 4 qol vurub və eynisayda məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan