- Baxış sayı: 28
- 11 Noyabr 2024 23:46
- Baxış sayı: 53
- Noyabr 11, 2024
- 0
Ermənistanın “Uliss” klubu Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq müdafiəçisi Şamil Qurbanovu transfer etməkdən imtina edib. Allsport.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı vasitəsi ilə rəsmi bəyanat da yayılıb.
Bəyanatda bildirilir ki, rəhbərlik Qurbanova müqavilə təklif etməyi düşünməyib: “Daha əvvəl biz xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu milliyətcə dağıstanlıdır və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss”də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”.
“Uliss” klubunun açıqlamasına görə, yalnız Qurbanov komandanın heyətini tərk etdikdən sonra onun vaxtı ilə Azərbaycanın gənclərdən ibarət millisində çıxış etməsini biliblər: “Uliss” heyəti gücləndirmək məqsədilə Antalyada aktiv şəkildə seleksiya işləri aparır, heyətə oyunçular cəlb edir. Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz”.