Ermənistanda çıxış edən futbolçu millimizlə oyuna dəvət aldı

Azərbaycan və Rumıniya millisi ilə yoldaşlıq oyunları keçirəcək Moldovanın ilkin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Sergey Kleşenko hələlik yalnız legionçulara dəvət göndərib. Onların arasında “Sabah” və “Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu, hazırda Ermənistan “Pünik”ində çıxış edən Yevgeni Koçuk da var.

Qapıçılar: Dorian Raylyan (“Unirya Dej”, Rumıniya)

Müdafiəçilər: İqor Armaş (“Voluntar”, Rumıniya), Vyaçeslav Posmak (“Boluspor”, Türkiyə), Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan), Artur Kraçun (“Hapoel” Kfar Saba, İsrail), Daniel Dumbravanu (“Apoel”, Kipr), Yuri Yovu (“İstra”, Xorvatiya)

Yarımmüdafiəçilər: Artur Yonitse (“Piza”, İtaliya), Vadim Ratse (“Voluntar”), Yevgeni Koçuk (“Pünik”, Ermənistan), Mixail Kaymakov (“Torpedo”, Rusiya), Kristian Dros (“Slaviya”, Belarus), Nikita Motspan (“Hapoel” Hayfa, İsrail), Viktor Stıne (“Panserraikos”, Yunanıstan)

Hücumçular: Yon Nikolaesku (“Beytar”, İsrail), Vitali Damaşkan (“Voluntar”), Virciliu Postolaki (“UTA Arad”, Rumıniya), Niki Kleşenko (“Sion”, İsveçrə)

Noyabrın 16-da “ay-ulduzlular”ınızla qarşılaşacaq Moldova seçməsi, noyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish