Ernest və Emil Ağakişi qardaşları Avropa kubokunda

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.

Allsport.az saytı xəbər verir ki, onlar kişilərin Avropa kubokunda Türkiyənin “Beşikdaş Yurdbay Seramik” və Litvanın “HC Qranitas – Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər.

Yarışın 2-ci mərhələsinin qarşılaşmaları İstanbulda olacaq. Rəqiblər noyabrın 5-də və 6-da “Süleyman Səba” idman arenasında üz-üzə gələcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish