- Baxış sayı: 31
- 07 Noyabr 2024 17:54
- Baxış sayı: 37
- Noyabr 08, 2024
- 0
“Azərbaycan voleybol federasiyasının məqsədi uşaq voleybolunu formalaşdırmaq, yeniyetmələri inkişaf etdirməkdir. Regional voleybol klubları bu məqsədlə yaradılıb. Bir il ərzində geniş miqyaslı işə başlanılıb”. Bunu allsport.az saytına AVF-in vitse-prezidenti Bəhruz Quliyev dedi. Onun sözünə görə, yaxın gələcəkdə voleybol məktəbləri buna daha təkan verəcək:
“Biləcəridə “Murov” klubunun tərkibində akademiya var. Bu mövsüm Sumqayıtda eyni məqsədlə “Gənclər” komandası yaradıldı. İş gedir. Vəziyyəti anlayırıq. Bu məsələdə gənclər və idman nazirliyi, eləcə də milli olimpiya komitəsi ilə də sıx təmasdayıq. Yaxın dövrdə kütləviliyə nail olacağımızı düşünürəm. Əsas təməlin düzgün qoyulmasıdır. Ondan sonra həmin sisten daim işləyəcək.