- Baxış sayı: 94
- 31 Oktyabr 2024 20:41
- Baxış sayı: 69
- Noyabr 01, 2024
- 0
Bu gün Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya media tur təşkil edilib. Allsport.az xəbər verir ki, media nümayəndələri sərbəst güləşçilərin məşqini izlədikdən sonra bu növ üzrə U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov brifinqdə gimnaziyanın ölkə güləşinin inkişafına böyük töhfə verəcəyini bildirib:
“2023/24 təhsil ilinin ikinci yarısından burada güləşçilər təhsil alır. Avqust ayında yenidən seçimlər etdik. Hal-hazırda 44 sərbəst güləşçi gimnaziyada yerləşdirilib. Bunu hətta güləş akademiyası da adlandırmaq olar. Bu layihəni federasiyamızın inkişaf üçün atdığı ən yaxşı addımlarından biridir. Gələcəkdə bunun bəhrəsini görəcəyik.
Bu il əsasən 5-7-ci siniflər üzrə seçim etdik. Sırf perspektiv vəd edən uşaqları seçmişik. Burada yemək və yataq şəraiti çox yüksək səviyyədə təşkil edilib. Böyüklərdən ibarət komandamız hansı səviyyədə qidalanırsa, burada da eyni qida rasionundan istifadə edilir”.