• Ça. İyl 5th, 2022

Esteban Okon: Fransa qran-prisinin Formula-1-də qalması üçün əlimdən gələni əsirgəməyəcəm

Apr 19, 2022

Las Veqasın gələn il Formula-1 təqvimə daxil olması, Fransa qran-prisinin çempionatdan çıxacağı ilə bağlı söz-söhbət yaradıb. Allsport.az saytı xəbər verir ki, “Alpine“ komandasının fransalı sürücüsü Esteban Okon bu məsələ ilə bağlı fikrini bildirib:

“Gənc sürücü kimi yeni trasları kəşf etdiyim üçün çox sevincliyəm. Mən idmana gələndə, Fransa yarışı olmasa belə, qayıdacağı ilə bağlı söz-söhbətlər vardı. Mübarizə həftəsi fransalı fanatlarla gözəl xatirələrimiz olub və oraya geri qayıtmaq mənim üçün xüsusidir.

Hazırda rəsmi olmasa da, “Pol Rikar”ın risk altında olduğunu eşitmişəm və çox məyusam. Fransa qran-prisinin təqvimdə qalması üçün əlimdən gələni əsirgəməyəcəm”.

Aynur MEHDİYEVA

AllEscortAllEscort