- Baxış sayı: 38
- 07 Noyabr 2024 14:05
- Baxış sayı: 239
- Noyabr 06, 2024
- 0
Xəbər verdiyimiz kimi, iyulun 21-də paytaxtda Avropa gənclərinin yay olimpiya festivalının proqramında güləş də yer alıb. Allsport.az saytı xəbər verir ki, EYOF çərçivəsində güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Festivalda güləşin 3 növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaq. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar 6 çəki üzrə keçiriləcək.
Bu gün AGF-nin prezident əvəzi Namiq Əliyev EYOF-da iştirak edəcək komandalarla görüşüb, onlardan uğurlu nəticə gözlədiyini dilə gətirib və hər hansı problemlərinin olub-olmamasıyla maraqlanıb. Sonda onlara uğurlar arzulayan qurumun rəhbəri heyəti açıqlayıb.
Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında çıxış edəcək. Heyətdə Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) və Cəbrayıl Hacıyev (65 kq) yer alıb.
Böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) daxil edilib.
Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcək.
Qeyd edək ki, EYOF-da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.