”Fənərbağça”nın müdafiəçisi sıradan çıxdı

“Fənərbağça” ciddi itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, İstanbul klubunun müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.

Türkiyəli futbolçu Avropa liqasının 1/8 final mərhələsinin “Reyncers”lə ilk oyununda ayağından xəsarət alıb. O, 1 aya yaxın oynaya bilməyəcək.

Söyüncü bu mövsüm 33 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan