- Baxış sayı: 46
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 104
- Oktyabr 16, 2026
- 0

UEFA “Fənərbağça”nın futbolçuları Matteo Qenduzi ilə Meyson Qrinvudu cəzalandırıb.
Allsport.az xəbər verir ki, hər iki oyunçu çempionlar liqa pley-off mərhələsinin “Lion”la cavab matçındakı (2:1) davranışlarına görə cəzaya məruz qalıblar.
Qenduziyə 2-si şərti olmaqla 4 oyunluq cəza verilib. Bundan əlavə, fransalı yarımmüdafiəçi 50 min avro məbləğində cərimələnib. İngiltərəli cinah hücumçusu Qrinvud isə 1 oyunluq şərti cəza alıb. O, həmçinin 30 min avro cərimələnib.
“Lion”u məğlub edən “Fənərbağça” 18 il sonra UEFA çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanıb.