“Fərdi səhvlərdən qollar buraxdıq”

“Futbolçuların fərdi səhvlərindən sonra qolları buraxdıq. Rəqibin oyununa baxıb təhlil etmişdik. tapşırıqlar vermişdik və onlar bunu meydançada yerinə yetirməli idilər”.

Allsport.az saytı xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə mətbuat konfransında deyib. O, premyer liqanın 3-cü turunda “Qəbələ”yə 0:3 yenildikləri görüşü belə şərh edib:

“Elə epizodlar oldu ki, dəqiq oynamadılar. Nəticədə qapımızda qollar gördük. Demək olmaz ki, biz tam müdafiə olunduq və ya müdafiədən çıxa bilmirdik. Hücumda da fəal idik, epizodlar yaratdıq. Hansı ki, həmin epizodları dəyərləndirə bilmədik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish