- Baxış sayı: 56
- 02 Oktyabr 2024 09:57
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Stolüstü tennisçilər Konya-2021-ə hazırlığı yekunlaşdırmaq üzrədirlər. komanda iyulun 21-də Qax olimpiya idman kompleksində təlim-məşqi başa vurub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Mixail Timofeyev rəhbərliyi ilə prosesdə 10 idmançı iştirak edib. Komandanın böyük məşqçisi Fərhad İsmayılov sonuncu təlim məşq toplanışını belə qiymətləndirib:
“İlin əvvəlindən İslam oyunlarına ciddi hazırlaşırıq. Bunadək həm ölkə daxilində, həm də, Türkiyədə toplanışlarda olmuşuq. Növbəti təlim-məşq toplanışını da, uğurla başa vurduq. Qaxda keçirilən hazırlıqda əsasən taktiki və texniki çalışmalara üstünlük verdik. İdmançılarımız 10 gün davam edən məşqlərdə böyük həvəslə iştirak etdilər.
Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Demək olar ki, yarışa tam hazırıq. Avqustun 5-də Konya şəhərinə yola düşəcəyik. Bu tarixədək Bakıda hazırlığın “son akkordları vurulacaq”. İslamiadada komandamızdan uğurlu nəticələr gözləyirik. Ümid edirəm ki, tennisçilərimiz onlara bəslənən etimadı doğruldacaqlar”.
Konya-2021-də Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov görüşləri idarə edəcək.
Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.