Fərid Qayıbov baş katiblə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov D-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib.

Allsport.az xəbər verir ki, görüşdə gənclər və idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Nigeriyada keçiriləcək ll gənclərə məsul nazirlər iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 iqtisadi əməkdaşlıq təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər.

Həmin kateqoriyadan