- Baxış sayı: 77
- 03 Dekabr 2024 15:19
- Baxış sayı: 71
- Dekabr 11, 2024
- 0
Bu gün COP29 çərçivəsində gənclər və idman naziri Fərid Qayıbovla BMT baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier arasında görüş keçirilib.
Allsport.az xəbər verir ki, COP29 gənclər evində baş tutan görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da iştirak edib. Görüşün əsas məqsədi gənclərin iqlim dəyişmələri ilə mübarizədə rolunun artırılması və Azərbaycan gəncləri ilə daha sıx əməkdaşlığın növbəti addımlarının müzakirəsi olub.
Nazir Fərid Qayıbov qonağa ölkəmizdə dövlət tərəfindən gənclər üçün yaradılmış şərait, eləcə də həyata keçirilən gənclər siyasəti barədə məlumat verib. Nazir həmçinin gənclərin dayanıqlı inkişaf, iqlim dəyişikliyi və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rol oynadıqlarını və qlobal əməkdaşlığın növbəti mərhələsinə hazır olduqlarını vurğulayıb. Felipe Paullier isə BMT-nin gənclərlə bağlı siyasətlərinin daha da inkişaf etdirilməsi və gənclərin beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin vacibliyini və BMT-nin qlobal ofis olaraq, gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazır olduqlarını bildirib.
Görüşdən sonra qonaq gənclər və idman nazirliyinin COP29-un yaşıl zonasında fəaliyyət göstərən gənclər evi pavilyonunu da ziyarət edib.