Fərid Qayıbov gənc boksçularla görüşüb

Mayın 4-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay gənclər arasında Avropa birinciliyində çıxış etmiş boksçularla görüşüb.

Allsport.az saytı xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada 48 kq-da Kənan Babayev qızıl, 51 kq-da Amin Məmmədzadə bürünc medal qazanıblar.

Gənc boksçuları salamlayan nazir onların qitə çempionatında iştirak etdikləri döyüşlərlə maraqlanıb. Məşqçilər nazirə yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish