- Baxış sayı: 52
- 15 May 2025 11:21
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Aprelin 15-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyada keçirilən İSF U15 gimnaziada idman oyunlarında uğurla çıxış etmiş idmançılarla görüşüb.
Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasında baş tutan görüşdə idmançılarla yanaşı, məşqçilər də iştirak edib. Tədbirin əvvəlində idmançıların oyunlarda çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Fərid Qayıbov çıxış edərək idmançıları təbrik edib, onların qazandığı medalların ölkə üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.
Görüş zamanı idmançı və məşqçilər yarış təəssüratlarını bölüşüb, göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Sonda nazir idmançılara gələcək karyeralarında uğurlar arzulayıb, onların beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəklərinə inandığını bildirib.