• Ça. İyl 5th, 2022

Fərid Qayıbov qərb bölgəsində səfərdə olub

Mar 13, 2022

Martın 11–12-də gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhərində, Ağstafa, Göygöl, Ucar, Şəmkir, Goranboy, Qazax və Tovuz rayonlarında olub. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində Qazax, Tovuz, Şəmkir, Göygöl və Gəncə olimpiya idman komplekslərinin fəaliyyəti ilə tanış olan nazir bu idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. Goranboyda inşa edilmiş və istifadəyə hazır olan Olimpiya İdman Kompleksinin də imkanları ilə tanışlıq olub.

Fərid Qayıbov komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülük hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin məşqlərə cəlb edilməsinin və İdman qurğularında marketinq işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini vurğulayıb.

Gəncə şəhərində yeni inşa edilən və təkcə ölkəmizin deyil, Qafqazın ən böyük idman mərkəzi olacaq Gəncə İdman Sarayının tikintisinin gedişatı ilə də tanışlıq olub və sarayın layihəsi ilə bağlı müzakirələr aparılıb.

Həmçinin Tovuzda Futbol Akademiyası, Goranboyda Üzgüçülük Hovuzu, Ağstafada, Şəmkirdə və Tovuzda Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.

Ucar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Goranboyda Gənclər Evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılığı barədə məlumat verilib.

AllEscortAllEscort