Fərid Qayıbov mükafatçı taekvondoçularla bir arada

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçilərini qəbul edib.

Allsport.az xəbər verir ki, nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Azərbaycan taekvondo federasiyasının vitse-prezidentləri Nağı SəfərovNiyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.

Xatırladaq ki, Bosniya Hersoqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) 1-ci, Pünhan Mürsəlov (45 kq) isə 3-cü yeri tutublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish