Fərid Qayıbov ümumdünya şahmat olimpiadası ərəfəsində milli komandaları qəbul edib

İyulun 25-də gənclər və idman naziri Fərid Qayıbov 44-cü ümumdünya şahmat olimpiadasına yollanmağa hazırlaşan milli komandalarla görüşüb. Allsport.az saytı xəbər verir ki, qrossmeysterləri salamlayan nazir, onların hazırlığı ilə maraqlanıb, qarşıdakı yarışda uğurlar arzulayıb.

Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov həm kişi, həm də qadın yığma komandaların üzvlərini təqdim edib. Bildirib ki, hər iki komandanın heyəti yetərincə təcrübəli şahmatçılardan ibarətdir.

Olimpiada iyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində keçiriləcək. Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub. Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edəcəklər.

Olimpiadada iştirak edəcək şahmatçılarla fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb. Görüşdə AŞF-nin vitse-prezidenti Faiq Həsənov və baş katibi İlahə Qədimova da iştirak ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish