Fərid Qayıbov YUNESCO-nun iclasına sədrlik edib

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 13-də YUNESCO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsi (CİGEPS) bürosunun onlayn formatda keçirilən 2-ci iclasına sədrlik edib. Allsport.az saytı xəbər verir ki, toplantıda regional məsləhətləşmələrin nəticələri haqqında Büroya məlumat verilib və CİGEPS işçi sənədlərinin layihəsinə dair yazılı şərhlərin icmalı təqdim olunub.

Eyni zamanda gündəliyə əsasən, büro üzvlərinə gələn il martın 14-17-də təşkilatın Bakıda keçirilməsi planlaşdırılan bədən tərbiyəsi və idman üzrə məsul nazirlərin və yüksək səviyyəli şəxslərin 7-ci beynəlxalq konfransına hazırlıq barədə məlumat verilib. İclasın sonunda büronun növbəti işçi cədvəli və fəaliyyət planı müzakirə edilib.

CİGEPS-in növbəti iclası oktyabr ayında Parisdə keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish