Fərid Qayıbovla görüş

“İdman həftəsi” çərçivəsində “İdman Paytaxtı” Qəbələ şəhərində gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, olimpiya idman komplekslərinin direktorları, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər tabe təşkilatların rəhbərləri ilə görüşüb.

Allsport.az xəbər verir ki, Qəbələ mədəniyyət mərkəzində baş tutan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov hər kəsi bədən tərbiyəsi və idman günü münasibətilə təbrik edib.

İclasda regional gənclər və idman idarələrinin, idman qurğularının, UGİM-lərin fəaliyyəti, yarışların təşkili və digər məsələlər müzakirə edilib.

Görüşdə Fərid Qayıbov tədbir iştirakçılarını dinləyib və müvafiq tövsiyələr verib.

Həmin kateqoriyadan