- Baxış sayı: 47
- 17 Aprel 2025 14:14
- Baxış sayı: 97
- Aprel 21, 2025
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 superturnirində 5-ci turun görüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda Fabiano Karuana holland həmkarı Aniş Giriy ilə heç-heçə oynayıb.
Partiyadan sonra İtaliya şahmatçısı nəticədən razı qalmadığını bildirib: “Düzünü desəm qalib gəlməyi düşünürdüm. Əla vəziyyət var idi, sadəcə dəyərləndirmədim. Ona görə çox pis oldum. Bu gün qələbəyə çox yaxın olsamda, yarım xalla kifayətləndim. Səhvim ucbatından qələbə qazana bilmədim”.