Favoritlər büdrəmədi

Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII və VIII turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, VII turun açılış matçında “U-16” və “Azəryol” komandaları üz-üzə gəliblər.

“AHF Arena”da keçirilən görüşdə son ölkə çempionu rəqibini darmadağın edib – 51:13. “Azərsu” – “Qarabağ” görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar – 59:12.

VIII turda da favoritlər rəqiblərinə qalib gəliblər. “Qarabağ” “Azərsu”nu 54:15, “Azəryol” “U-16″nı 50:17 hesabı ilə üstələyib.

Aktivinə 18-ci xalı yazdıran “Azəryol” çempionatın lideridir. “İdman Akademiyası” ilə “Qarabağ”ın hərəyə 12 xalı var. “Azərsu” 6 xalla 4-cüdür. “U-16” hələ də xal qazana bilməyib.

Növbəti turun oyunları yanvarın 21-də olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish