- Baxış sayı: 69
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 62
- Oktyabr 11, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, yeni mövsümdə İtaliya komandasının bolidi özünü doğrultmadı. Sıralanma turunda yaxşı sürətə baxmayaraq, kollektiv hələ poduyum qazana bilməyib. Təqdvimin ilk yarışı Bəhreyndə Şarl Lekler mübarizədən kənar qaldığından sonra, Karlos Sains 4-cü yer ilə kifayətlənib. Ciddə yarışında isə, pilotlar 6-ci və 7-ci olaraq finiş xəttinə çatıblar. “Ferrari”nin rəhbəri Frederik Vasser öz fikirlərini belə bildirib:
”Nəyi səhv etdiyimizi müəyyənləşdirməyin vaxtıdır. Biz özümüzü aldatmamalıyıq. Hazırkı vəziyyətimizi qəbul etməliyik. İrəliləyiş etmək üçün daha artıq çalışmalıyıq. Səhvlərimizi düzəltməliyik. Müzakirələr ilə biz heç nə həll etməyəcəyik. Bu bizim sürətli olmağımıza yardımçı olmayacaq. Bolidimizin yaxşı potensialı var. Hələlik “Red Bul” ilə mübarizə apara bilmirik. Yarış avtomobilindən maksimum nəticə qazana bilmirik”.