- Baxış sayı: 35
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 134
- Dekabr 04, 2025
- 0

FİFA intizam komitəsi AFFA-nı cərimələyib. Allsport.az xəbər verir ki, buna Azərbaycan millisinin Portuqaliyaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.
Sentyabrın 7-də Bakı olimpiya stadionunda oynanılmış və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.