FİFA-dan Mahirə şok cəza

Millinin Zaqreb “Dinamo”sunda çıxış edən hücumçusu Mahir Əmrəli FİFA tərəfindən cəzalandırılıb. Allsport.az saytı xəbər verir ki, bu barədə onun keçmiş klubu “Legiya”nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski öz Tvitter səhifəsində paylaşım edib.

O, 25 yaşlı hücumçu Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün, futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulduğunu bildirib. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan həmyerimiz Polşa klubuna 100 min avro ödəməlidir. Qadağa Mahir borcunu ödəyənə qədər qüvvədə olacaq.

Mahir ötən ilin yayında “Legiya”ya keçmişdi. Dekabrda klubun fanatları ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra, futbolçulara hücum zamanı Əmrəliyə başından xəsarət yetirmişdilər. O, hadisədən sonra Varşava təmsilçisində oyuna çıxmayan hücumçu, Polşa klubundan ayrılaraq “Dinamo”ya keçib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish