Filip Ozobiçin durumuna aydınlıq gəlib

“Şamaxı” – “Qarabağ” oyununda zədələnmiş Filip Ozobiç “Liv Bona Dea Hospital”da MRT müayinəsindən keçib. Allsport.az saytı xəbər verir ki, futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb.

Həkimlərin ilkin rəyinə əsasən, o, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı sonra bəlli olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish