Finalçılar bəllidir

29 aprel Azərbaycan basketbol liqasında (ABL) yarımfinal pley-off seriyalarının cavab oyunları baş tutub. Allsport.az xəbər verir ki, Şəki olimpiya idman kompleksində “Sabah” yarımfinalın cavab oyununda “Şəki” klubuna 96-72 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 2-0 edərək ilk finalçı olub. “Abşeron”-“Neftçi” yarımfinal pley-off seriyasının cavab oyununda, “Neftçi” klubu rəqibinə 81-72 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 2-0 edərək adını finala yazdırıb.
“Sabah”-“Neftçi” final super seriyasında ilk oyun 2 mayda baş tutacaq. Finalda ən tez 4 qələbə qazanmış klub ABL-in qalibi olacaq.

Həmin kateqoriyadan